Qızıloba (əvvəlki adı: Qarmiküc (?-29 dekabr 1992)) — Azərbaycan Respublikasının Xocalı rayonunun Qızıloba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Qarmiküc kəndi Qızıloba kəndi adlandırılmışdır. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qızıloba kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.