Обложка канала

AZERBAIJANI ARMED FORCES

16128 @military_az

Информационно-дискуссионный военный портал.Новости и аналитика

AZERBAIJANI ARMED FORCES

3 года назад
Открыть в
🆘 Rusiya SQ Baş Qərargahının müavini Vladimir Alekseyev "Vaqner"ə müraciət edib: "Niyyətin nə olursa-olsun, bu, ölkənin və prezidentin kürəyinə vurulan zərbədir. Silahlı Qüvvələrin ali komandanlığını təyin etmək hüququ yalnız prezidentin səlahiyyətindədir və siz onun səlahiyyətinə əl atmağa çalışırsınız. Bu, dövlət çevrilişidir. Fikrinizi dəyişmənizi xahiş edirəm, indi bunu etməyə ehtiyac yoxdur. Çünki indi Rusiyanın və onun ordusunun imicinə bundan böyük zərbə barədə düşünmək mümkün deyil". Qeyd edək ki, az öncə Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, "Vaqner"ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. "Vaqner" düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını iddia edib. Bunun ardınca Priqojin "hərbi çevriliş elan edib" və Rostova doğru irəliləməyə başlayıb. Şoyqunun Rostovdan qaçdığını bildirən Priqojin onu qorxaq da adlandırıb.